USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illiyi qeyd olunub

Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Əməkdar jurnalist Flora Xəlilzadənin anadan olmasının 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək Flora Xəlilzadənin Azərbaycan mediasında sahib olduğu önəmli rolunu qeyd edərək onun yaradıcılığına nəzər salıb.

Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxışında bildirib ki, Flora Xəlilzadə jurnalistikada öz dəstxətini yaradıb. Bu, hər insana nəsib olmur. Flora Xəlilzadənin özünəməxsus yazı forması var. Gənc jurnalistlər hər zaman belə insanlardan nümunə götürməlidirlər.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli F.Xəlilzadənin Azərbaycan jurnalistikasının inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib.

Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Flora Xəlilzadənin hələ tələbəlik illərindən bilikli, istedadlı bir insan olduğunu deyib.

Daha sonra Mədəniyyət Nazirliyinin nümayəndəsi nazir Əbülfəs Qarayevin Flora Xəlilzadəyə ünvanlandığı təbrik məktubunu oxuyub.

Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digər çıxış edənlər yubilyarla bağlı fikirlərini bölüşüblər.

Sonda çıxış edən Əməkdar jurnalist Flora Xəlilzadə onun yaradıcılığına verilən qiymətə görə minnətdarlığını bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!