USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın Baş naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının gələcək fəaliyyət planları müzakirə edilib.

Bağdat Amreevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov ona fəaliyyətində uğurlar arzulayıb.

Novruz Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycan üçün çox önəmli təşkilat olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu Şura türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.

Azərbaycan-Qazaxıstan münasibətlərinə toxunan Baş nazir ölkələrimiz arasında çox yaxşı dostluq əlaqələrinin olduğunu deyib. Qeyd edib ki, dövlətlərimizin başçıları arasında olan səmimi dostluq münasibətləri əlaqələrimizin bu cür yüksək səviyyəyə qalxmasında mühüm rol oynayır.

Türkdilli dövlətlər arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə edən baş katib Bağdat Amreev Azərbaycanın qədim Naxçıvan diyarında 2009-cu ildə əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu əlaqələrin inkişafına xüsusi impuls verdiyini vurğulayıb. Oktyabrın 3-də Şuranın yaradılmasının 9 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Bağdat Amreev ötən müddət ərzində üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm addımların atıldığını bildirib. “Azərbaycan Şuranın yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətinin və türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır”, - deyə baş katib vurğulayıb.

Söhbət zamanı 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!