USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ABŞ-ın Azərbaycana səfir vəzifəsinə namizədi Senatda müzakirə edilib

ABŞ Senatının Xarici işlər komitəsi Örl Litsenbergerin Azərbaycana səfir vəzifəsinə namizədliyini müzakirə edib. 

“Report” xəbər verir ki, müzakirə zamanı diplomat bu vəzifəyə layiq görüləcəyi təqdirdə, ABŞ-ın Azərbaycandakı mənafeləri üçün səylə çalışacağını bildirib.

“Həm İranla, həm də Rusiya ilə həmsərhəd ölkə olan Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Aramızdakı münasibətlər nəinki ölkələrimiz üçün, bütövlükdə bölgə üçün də əhəmiyyətlidir”, - Ö.Litsenberger qeyd edib.

O, Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində də uzun müddətdir etibarlı tərəfdaş olduğunu bildirib: “11 sentyabrdan sonra Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev terrorçuluqla mübarizəyə dəstəyini və yaxından əməkdaşlığı ilk təklif edənlərdən olub”. Namizəd Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhyaratma missiyasına da töhfəsini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Ö.Litsenberger qeyd edib ki, Minsk qrupunun həmsədri kimi ABŞ BMT Nizamnaməsində, Helsinki Yekun Aktındakı prinsiplər əsasında sülh yolu ilə uzunmüddətli razılaşma əldə etmələri üçün tərəflərlə bundan sonra da çalışmağa hazırdır: “Namizədliyim təsdiqlənərsə, hökumətin bu məqsədə sədaqətini lazımınca dəstəkləyəcəyəm”.

Ötən ay ABŞ Prezidenti Donald Tramp tərəfindən namizədliyi irəli sürülmüş Ö.Litsenberger Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə, Azərbaycandakı səfir vəzifəsinin icrasına başlaya biləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!