İspaniyanın məşhur opera müğənnisi Monserrat Kabalye şənbə günü səhər saatlarında Barselona xəstəxanasında vəfat edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müğənninin dəfn mərasimi oktyabrın 8-nə təyin olunub. Kabalye sentyabr ayında sidik yolunda yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi.
Monserrat Kabalye 1933-cü il aprelin 12-də Barselonada anadan olub. Yerli Liseo teatrının nəzdində fəaliyyət göstərən konservatoriyada təhsil alıb.1956-cı ildə Bazel operasında çıxış edib. 1965-ci ildə Amerika müğənnisi Merlin Hornun xəstələnməsi səbəbindən Qaetano Donisettinin Lukresiya Borcia partiyasında onu əvəzləməklə dünyada məşhurluq qazanıb. Kabalyenin triumfu o qədər möhtəşəm alınıb ki, tamaşaçılar onu 20 dəqiqə alqışlayıblar.
1965-ci ildə Nyu-Yorkun “Metropoliten-opera” truppasında, 1970-ci ildə Milanın “La Skala” və 1972-ci ildə Londonun “Kovent-Qarden” teatrlarında debüt edib. Müğənninin repertuarında ümumilikdə 125-dən çox opera partiyaları var idi. O, bir neçə Grammy mükafatına layiq görülmüşdü.
2015-ci ilin dekabrında Barselona şəhər məhkəməsinin qərarı ilə vergidən yayınmaqda ittiham olunan Monserrat Kabalye 6 ay həbs cəzasına və 254 min avro cəriməyə məhkum edilmişdi.
Qeyd edək ki, M.Kabalye 2013-cü il iyunun 13-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ona görə də Xarici İşlər Nazirliyi müğənninin adını Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısına salmışdı.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!