USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində uyğunluq sertifikatı da veriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara artıq uyğunluq sertifikatının verilməsinə başlanılıb.

Mərkəzdən radiomuza bildirilib ki, bu proses Azərbaycan Standartlaşma İnstitutunun Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiyası nəticəsində baş tutacaq. Uyğunluq sertifikatının və bir sıra beynəlxalq standartların tətbiqi istiqamətində xidmət göstərəcək Azərbaycan Standartlaşma İnstitutu ixrac edilən məhsulların yüksək standartlara cavab verməsi və sahibkarların könüllü müraciətləri əsasında xidmət göstərəcəkdir.

Qeyd edək ki, beş dövlət xidmətini özündə cəmləşdirən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində növbəti dövlət orqanı fəaliyyətə başlayır Azərbaycan Standartlaşma İnstitutu ilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi arasında əldə olunan razılığa əsasən, sözügedən qurumun standartlaşma sahəsindəki xidmətləri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində veriləcək.

Bütün bu əməliyyatlar ölkəmizdə xarici ticarət əməliyyatlarının stimullaşdırılması, çevik və sürətli sənədləşmə və rəsmiləşdirmə, tələb olunan sənədlərin azaldılması, ixrac zamanı elektron yanaşmaların tətbiqi, vahid ixrac onlayn sisteminin tətbiqi, bir pəncərə prinsipləri əsasında 2 və 2-dən çox sənədlərin qəbulu və icazələrin verilməsi, o cümlədən ticarətin liberallaşdırılması istiqamətində aparılan davamlı islahatlar çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 Fevral 2017-ci il Fərmanı əsasında yaradılan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi də sadalanan islahatların sürətləndirilməsi istiqamətində nəzəri və praktiki töhfələrini verməkdədir. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!