USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Professor Qara Mustafayevlə vida mərasimi keçirilib 

Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Qara Mustafayev vəfat edib.

Universitetdən Trend-ə verilən məlumata görə, alimlə keçirilən vida mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1931-ci ildə anadan olan Qara müəllim 1954-cü ildə Bakı Dövlət Universitetini, 1958-ci ildə AMEA-nın aspiranturasını bitirib. 1959-cu ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan alim 50-dən çox kitab, 600-dən çox elmi məqalə, 400-ə qədər dövrü mətbuat məqaləsinin müəllifi olub, 45 tədris proqramı tərtib edib, 5 telefilmə ssenari yazıb.

Rektor A.Məhərrəmov onu da bildirib ki, “Biotik əlaqələr” haqqında təbii qanun kəşf edən professor Qara Mustafayev 18 elmi konsepsiyanın müəllifi olub və Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb. Professor Qara Müstafayevin Biologiya fakültəsində dekan müavini, fakültə Metodik Şurasının sədri və dekan vəzifələrində işlədiyini bildirən rektor alimin “Şöhrət” ordeninə layiq görüldüyünü və Prezident təqaüdçüsü olduğunu bildirib. Rektorun çıxışından o da məlum olub ki, görkəmli alim eyni zamanda, BDU Elmi Şurasının qərarı ilə universitetin “Fəxri professoru” adına layiq görülüb.

Biologiya fakültəsinin dekanı Akif Quliyev isə qeyd edib ki, professor Qara Müstafayev əhalinin ətraf mühit ilə əlaqəsini sosial mühit ilə vəhdətdə tədqiq edib. 35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, uzun müddət Azərbaycanın dövlət televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olub.

Sonra Zoologiya kafedrasının müdiri, professor Canbaxış Nəcəfov çıxış edərək alimin onurğalılar zoologiyası, onun ekoloji istiqaməti barədəki xidmətlərindən danışıb, bu sahə üzrə 13 elmlər namizədi, 2 elmlər doktoru yetişdirdiyini bilidirib.

Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən oğlu Azər Mutafayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Allah rəhmət eləsin!

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!