USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazirlik: Azərbaycan arıçıları öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar

Azərbaycanın arıçılıq məhsulları bazarına xaricdə, xüsusən də ərəb ölkələrində çox böyük tələbat var.

 

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

 

Onun sözlərinə görə, Azərbaycana gələn ərəblər də burada yerli bala çox böyük maraq göstərirlər:

 

“Bu gün Azərbaycanda öz məhsullarını xaricə, hətta Yaponiyaya belə ixrac edən arıçılar var. Bu gün arıçılar öz məhsullarını daha çox ərəb ölkələrinə satırlar. Nazirlik olaraq, bizim əsas işimiz təşviqatdır. Biz bu məhsulları təşviq edərək ölkəyə əlavə valyutanın gəlməsinə imkan yarada bilərik”.

 

V.Hüseynov deyib ki, hazırda Azərbaycana xarici ölkələrdən, xüsusilə Almaniyadan cins arı ailələri idxal edilir.

 

O, arı ailələrinin ölkəyə idxalının dövlət tərəfindən tənzimlənmədiyini, bu işin arıçıların özləri tərəfindən həyata keçirildiyini də nəzərə çatdırıb:

 

“Azərbaycana xaricdən arı cinsləri gətirilsə də, sahibkarlar çox sayda arı ailələri gətirə bilmirlər. Çünki arı çox həssasdır, onun yerli şəraitlə uyğunlaşdırılması məsələsi var”.

 

Almaniyadan gətirilən arıların çox məhsuldar olduğunu nəzərə çatdıran V.Hüseynov qeyd edib ki, Azərbaycanda ən yaxşı arıçı bir arı yeşiyindən 15-20 kq arı götürə bilir. Almaniyada isə bir yeşikdən 50 kq-dan az bal götürüldükdə, bunu arıda, yaxud təbiətdə yaranan problemin nəticəsi hesab edirlər:

 

“Almaniyada arı yeşiklərinin yanında nektarı çox olan xaşa bitkisi əkilir. Qobustanda bu bitkini əkən bəzi arıçılar Almaniyadakı nəticəni əldə edərək 1 yeşikdən 80 kq bal götürə bilirlər”.

 

V.Hüseynov qeyd edib ki, Azərbaycanın özündə dünyada çox yaxşı tanınan - Qafqaz sortu olan yaxşı arı ailələri də var: “Genofondumuzu qorumaq üçün laboratoriya şəraitində həmin arı ailələrinin artırılması istiqamətində işlər görülməlidir. Nazirin göstərişi ilə bu sahədə işlər görüləcək”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!