USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı metropoliteni tarixində ilk - Qadın maşinistlər işə götürüləcək

"Bakı Metropoliteni"ndə hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, seçim mərhələlərinə qatılmaq üçün metropolitenin rəsmi internet saytına 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib

İlk seçim mərhələsinə 170 nəfər dəvət edilib. Onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib.

Qeyd edək ki, seçimin ilk mərhələsində iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi, dünyagörüşü, həmçinin maşinist peşəsi ilə bağlı məlumatlılığı, ümumi psixoloji durumu yoxlanılıb. Mərhələnin yekunlarını araşdıran mütəxəssislərdən ibarət komissiya 31 nəfəri əsas seçim meyarlarına uyğun sayıb.

Seçimin ikinci mərhələsində 31 nəfərdən 28-i iştirak edib. 3 nəfər şəxsi istəyinə uyğun olaraq ikinci tura qatılmayıb. Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22 nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub.

Seçimin üçüncü mərhələsi olan tibbi yoxlamalarda iştirak etməkdən 3 nəfər imtina edib, 19 nəfər isə peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla keçmiş daha iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb.

Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan biri qadındır.

"Bakı Metropoliteni" QSC gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!