USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Hərracda 10 dövlət əmlakına 13 sifariş verilib - Siyahı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 oktyabr tarixində keçirilən hərracda 10 dövlət əmlakına 13 sifariş verilib.

ASAN Radioya Komitədən bildirilib ki, bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 3-ü paytaxtda, 5-i isə digər şəhər və rayonlarda yerləşir. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki təsərrüfat malları mağazasının ümumi faydalı sahəsi 248,8 kv.m-dir. Qeyd edək ki, sifarişçi tərəfindən bu dövlət əmlakına 45 min manat təklif edildi. Eləcə də paytaxtın Qaradağ rayonundakı 21 saylı mağaza və Çörək kombinatının 3 saylı Qızıldaş sexi də iştirakçılar tərəfindən özəlləşdirildi. 

Qeyri-yaşayış sahələri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki obyekt xidmət sahəsi üzrə gəlirli fəaliyyətə imkan verəcək. Ümumi faydalı sahəsi 57,8 kv.m olan bu dövlət əmlakının hərracında 15 min manat təklif edən iştirakçı qalib elan edildi. Hərracda özəlləşən qeyri-yaşayış sahələrindən biri də Xətai rayonu, N.Tusi küçəsində yerləşir. Ümumi faydalı sahəsi 50,4 kv.m olan obyektin hərracda son satış qiyməti 9 min manat oldu. 

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 4-ü kənd klublarıdır. Bunlara Göygöldəki Hacıməlik və Danayeri kənd klubları, Lənkərandakı Daşdaleqjar və Velədi kənd klubları aiddir. 

Keçirilən hərraclarda biznes ideyasını reallaşdırmaq istəyənlər üçün uyğun imkanlar yaradılıb. Elektron hərrac sistemi vasitəsilə özəlləşdirmə prosedurlarında hər kəs vaxtına qənaət edərək iştirak edə bilər. Belə ki, evdən, ofisdən və internetin olduğu bütün məkanlardan prosesə onlayn formada qoşularaq əmlak sahibi olmaq olar. 

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 16 oktyabr tarixində baş tutacaq. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə nəqliyyat vasitəsidir. Vətəndaşlar hərraca çıxarılan hər bir dövlət əmlakı ilə komitənin rəsmi saytı (emdk.gov.az) və  Özəlləşdirmə portalında (privatization.az) tanış ola bilər. Hər bir dövlət əmlakı üzrə mövcud məlumat bölməsində həmin əmlakı onlayn formada sifariş vermək mümkündür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio