USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Avropa Film Festivalı başlayır

Bakıda Avropa Film Festivalı başlayır. Avropa Film Festivalı ardıcıl 9 ildir Bakıda keçirilir və Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilir.

"Azərbaycanla Avropa İttifaqı arasındakı mədəni əməkdaşlığın insanlar qarşısında yeni imkanlar açmasını istəyirik". ASAN Radio xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas ənənəvi Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu filmlər bir-birimizi, həyat tərzimizi və problemlərimizi daha yaxşı başa düşməyə imkan verir. Bu məqsədlə bu yaxınlarda çəkilən filmləri seçirik. İstəyirik ki, insanlar haqqında film çəkilən ölkələr barəsində daha çox şey öyrənsin, ora səfər etsin", - səfir söyləyib.

O həmçinin qeyd edib ki, Avropa Film Festivalının Bakıda keçirildiyi 9 il ərzində, ümumilikdə, 128 film nümayiş etdirilib.

Bu il festival oktyabrın 10-da nümayiş olunacaq "Wild Amsterdam" (Hollandiya) sənədli filmi və "Kincsem" (Macarıstan) macəra janrlı filmlə açılacaq. Bundan əlavə, Portuqaliya, Latviya, Böyük Britaniya, Norveç, İspaniya və bir sıra digər ölkələrdən olan müəlliflərin filmləri nümayiş etdiriləcək.

Film festivalı oktyabrın 21-də azərbaycanlı rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq" filmi ilə başa çatacaq.

Filmlərə giriş pulsuzdur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!