USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Moskvada “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimatı keçirilib - Fotolar

Oktyabrın 9-da Moskva Hökumətinin binasında “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, deputatlar, Dağ yəhudiləri konqresinin üzvləri, Rusiyanın baş ravvini, digər rəsmi qonaqlar, ASAN Radionun direktoru Emin Musavi, mətbuat nümayəndələri  iştirak ediblər.

“Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimat mərasiminin proqramı zəngin olub. Mərasimdə ASAN Radionun komandasının ərsəyə gətirdiyi - Dağ yəhudilərinin həyatı, tarixi və mədəniyyətindən bəhs edən qısa filmi nümayiş olunub. Qeyd edək ki, Dağ yəhudiləri illərdir Azərbaycanın Quba şəhərinin Qırmızı qəsəbəsində məskunlaşıblar. Tarixi faktlara əsaslanan film böyük zalda nümayiş etdirilib və maraqla qarşılanıb. Film ASAN Radio tərəfindən Ümumdünya Dağ Yəhudiləri Konqresinə hədiyyə edilib. 

Rəsmi hissədən sonra “Moskva yəhudi kişi kapellası” xorunun çıxışı olub, foto və arxiv sənədlərin sərgisi, dağ yəhudilərinin ənənəvi sənətkarlıq nümunələri nümayiş etdirilib. Dağ yəhudiləri mətbəxinin yeməkləri təklif olunub.

“Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabı rusiyalı məşhur biznesmen və xeyriyyəçi, Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəhbəri Akif Gilalovun ideyası əsasında və onun təşəbbüsü ilə nəşr edilib. Bu əsər dünyanın müxtəlif ölkələrindən olan bir qrup alim tərəfindən hazırlanıb.

Müəlliflərin fikrincə, bu kitab müasir və gələcək alimlər üçün, habelə dağ yəhudilərinin heyrətamiz icması ilə maraqlanan hər kəs üçün çox dəyərli, hətta ensiklopedik elmi və tədris vəsaiti olacaq.

Dağ yəhudilərinin tarixinin müxtəlif aspektlərinə, habelə bu xalqın ənənəvi və müasir mədəniyyətinə həsr edilmiş bu əsərdə dağ yəhudilərinin etnogenezi problemi, dünyanın müxtəlif dövlətlərində - İsrail, Rusiya, Azərbaycan, ABŞ, Kanada, Almaniya və Avstriyada müasir dağ yəhudiləri qruplarının vəziyyəti təhlil olunub. Rusiyalı və israilli müəlliflərdən ibarət beynəlxalq kollektiv tərəfindən ərsəyə gətirilmiş bu kitab nadir fotoşəkillərlə zəngin illüstrasiya edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!