USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyədən Ermənistana şərt

"Həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Əgər Ermənistan doğrudan da Türkiyə ilə əlaqə qurmaq istəyirsə, saxta “erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələrin araşdırılmasını tarixçilərin öhdəsinə buraxmalıdır".

ASAN Radio Real Tv-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilmiş üçüncü görüşünün plenar iclasında söyləyib.

Binəli Yıldırım deyib ki, Ermənistan Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinə görə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Bu ölkə anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa, mövcud problemlər aradan qalxa bilər.

Xatırladaq ki, iclasda çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirib, bu da Azərbaycan və Türkiyə parlament sədrlərinin kəskin etirazına səbəb olub.

Ermənistan tərəfi Azərbaycan və Türkiyə ilə birgə təmsil olunduğu bütün tədbirlərdə bu cür pozucu mövqe nümayiş etdirir və tutarlı cavabını da alır. Türkiyənin sədrlik və yaxud ev sahibliyi etdiyi elə bir tədbir yoxdur ki, təcavüzkar Ermənistanı təmsil edən şəxslər səmərəli fikir ortaya qoysun, faydalı əməkdaşlığa dair normal bir təklif irəli sürsünlər. Bütün bunlar işğalçı tərəfin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin göstəricisidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!