USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Azərbaycan bankçılığında yenilik!

Müasir innovativ texnologiyaların inkişafına böyük önəm verən Kapital Bank, Azərbaycanda daha bir ilkə imza atdı. Belə ki, artıq alış-verişə gedərkən cibinizdə pul və ya ödəniş kartının olması önəmli deyil. Artıq mağazaya gedərkən, ödənişləri smartfon vasitəsilə etmək mümkündür.

“QR Pay” adlanan yeni ödəniş növündən istifadə etmək üçün BirBank tətbiqini telefona yükləmək kifayətdir. Bunun üçün alış-veriş etdikdən sonra kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün BirBank-da olan istənilən kartın hesabından istifadə etmək olar – hətta Kapital Bank-a aid olmayan kartdan da. 

Odur ki, BirBank tətbiqi olan müştərilər müxtəlif mağazaların kassalarında “QR Pay” posterini gördükdə, ödənişi daha rahat və təhlükəsiz qaydada həyata keçirə bilərlər. Ödənişlərin bu formada olması həmçinin ölkədə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində yeni mərhələyə keçid hesab olunur. 

Qeyd edək ki, hazırda 200 000-dən artıq BirBank istifadəçisi vardır. Tətbiqi iOS istifadəçiləri “App Store”dan, Android istifadəçiləri isə “Play Market”dən yükləyib, 1 dəqiqə vaxt sərf etməklə istənilən bankın kartı ilə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün —  www.kapitalbank.az/news/birbank-456.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio