USD - 1.7 EUR - 1.9254 RUB - 0.0256 TRY - 0.317 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb Özbəkistandan Azərbaycana gətirilən 31 ton kişmiş zərərsizləşdirilib BŞTİ: Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir Dövlət Agentliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Tramp və ailəsi barəsində araşdırmalar aparılacaq
Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində “Turetski xoru” qrupunun konsertini izləyib 

Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib.

Anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət “Turetski xoru” debütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir, qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

“Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki səhnəyə 6 min dəfədən çox çıxıb, turnelər zamanı 4,5 milyon kilometr yol qət edib. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İsrail və Belarusda qastrollarda olur. Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində 10 gün ərzində 7 ölkənin müxtəlif şəhərlərində - Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə konsertləri olub.

Qrupun konsert proqramları hər zaman anşlaqla keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi “Qələbə mahnıları” adlı konsert proqramına rekord auditoriyasını - 150 min tamaşaçısını toplayıb. Kollektivin özünəməxsus xüsusiyyətlərindən biri də istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Fərqli dillərdə hitlər səsləndirən “Turetski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi də oldu: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa etdi.

Konsertdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Turetski xoru”nun kollektivi ilə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio