USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Paşinyanın arvadının Qarabağa səfəri AŞPA-da gündəmə gətirildi

Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Hamı bilməlidir ki, müəyyən bir ölkəni ziyarət etmək üçün dövlət sərhəd rejiminə əsasən müəyyən prosedurlara, xüsusilə də dövlət sərhəd rejiminin beynəlxalq hüquqda tanındığına əməl edilməsi qaydasına riayət etmək lazımdır.

 

Trend-in məlumatına görə, bunu AŞPA-nın payız sessiyasında “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən "boz sahələrə" məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri zamanı millət vəkili Sevinc Fətəliyeva söyləyib.

 

S.Fətəliyeva bildirib ki, məlum olduğu kimi, dövlət sərhəd rejimi milli qanunvericilik və beynəlxalq müqavilələrlə müəyyən edilir:

 

“Azərbaycan, digər dövlətlər kimi, sərhədini keçən şəxslərdən müəyyən edilmiş norma və qaydalara riayət edilməsini tələb etmək hüququna malikdir. Biz qeyri-adi bir şey tələb etmirik. Dövlət sərhəd rejiminin pozulmasına imkan verilərsə, digər hüquqlara riayət edilməsini necə tələb edə bilərik?"

 

S.Fətəliyeva bildirib ki, insan haqlarının monitorinqi ideyası təqdirəlayiqdir: "Ancaq Dağlıq Qarabağda kimin hüquqlarına nəzarət ediləcək? Adətən monitorinq altında hüquqları pozulan şəxslərin hüquqları olur. Dağlıq Qarabağ 28 ildir ki, Ermənistanın hərbi rejimi tərəfindən idarə olunur. Etnik təmizləmələr və işğal nəticəsində yerli əhali doğma yurdundan didərgin düşüb, onu tərk etmək məcburiyyətində qalıb. Orda məskunlaşan hərbi qüvvələrin, işğalçıların hüquqlarını monitorinq etməyi təklif edirsinizmi? Bu məntiqsizdır”.

 

Millət vəkili qeyd edib ki, belə təkliflər yalnız münaqişənin eskalasiyasına səbəb ola bilər, sülh yolu ilə həllinə isə mane olacaq.

 

O bildirib ki, eskalasiyaya səbəb olan digər məsələ Ermənistanın təşkil etdiyi xarici vətəndaşların Dağlıq Qarabağa qanunsuz səfərləridir:

 

“Bir necə gün öncə Ermənistanın baş nazirin yoldaşı Akopyan müxtəlif dövlətləri təmsil edən nümayəndə heyəti ilə Dağlıq Qarabağa səfər təşkil edib. Bu səfər “sülhməramlı xalq diplomatiyası” kimi adlandırılır. Mən qadın kimi, ana kimi sülh məramını başa düşürəm. Çünki qadınlar həmişə sülhü düşünür, övladlarını, onların gələcəyini düşünür. Lakin hələ bu gün də erməni silahlı qüvvələri günahsız azərbaycanlı uşaqları güllələyirsə, hansı sülh məramından söhbət gedə bilər?! Sülhə belə nail olmaq olmaz! Ölkələrin icazəsi olmadan işğal altında olan ərazilərə səfərlər heç vaxt münaqişələrin həllinə fayda verə bilməz! Daha yaxşı olar ki, işğalın qurbanı olan qaçqınların hüquqları monitorinq edilsin”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!