USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Tərtərin icra başçısı: Minaya düşən sakinimizin ayağı pəncəsindən amputasiya edilib - Audio

Bu gün Tərtərdə mal-qara otaran dinc sakin minaya düşüb. 

ASAN Radioya bu barədə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

Hadisə rayonun Həsənqaya kəndi ərazisində baş verib. Kənd sakini Həsənov Azad Kamandar oğlu otlaq sahələrində mal-qara otararkən minaya düşüb. O, Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. İcra başçısı Azad Həsənovun pəncə nahiyəsindən ayağının amputasiya edildiyini bildirdi. Həkimlər vəziyyətinin ağır olduğunu söyləyiblər.

Qeyd edək ki, kənd sakini işğal altında olan Kəlbəcər rayonunun Təkəqayası kəndindən məcburi köçkün olaraq Həsənqaya kəndində məskunlaşıb. Onun bacısı, Həsənova Turanə aprel döyüşləri zamanı ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olub. 

Müstəqim Məmmədovun açıqlaması:

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!