USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Putin Həbib və atası ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovu qəbul edib.

ASAN Radio xəbər verir ki, görüşdə Həbibin atası Əbdülmanap Nurməhəmmədov da iştirak edib. “Səni təbrik edirəm” deyən Putin daha sonra zarafatla Həbibin atasına müraciət edərək “Ona güclü cəza vermə” deyib.

Putin əlavə edib ki, Nurməhəmmədov Konor Makqreqor üzərində inandırıcı qələbə qazanaraq UFC titulunu qazanıb:

"Düzdür, bu, kommersiya idmanıdır, lakin bütün hallarda idmandır. Mən müəyyən qaydalara əməl edilməli olduğunu hesab edən şəxslərlə razılaşmaya bilmərəm. Nəinki kağız üzərində yazılan qaydalara, həmçinin mənəvi, idman qaydalarına…

Bütün hallarda sən əsas tapşırığı yerinə yetirdin. Layiqli və inandırıcı qələbə qazandın. Ümid etmək istəyirəm ki, idmanın idealları hər şeydən – qazanc, reklamdan üstün olacaq”. 

Nurməhəmməd isə öz növbəsində döyüşdən sonrakı davranışlarını prezidentə izah etməyə çalışıb. O qeyd edib ki, rəqibi Makqreqor tərəfindən daim təhqir olunması onu özündən çıxarıb:

“Mən özümü layiqli apardım. Lakin bəzi məqamlarda, əlbəttə, mən də nəzarəti itirdim. Çünki döyüş zamanı təxribatlar davam edirdi. Ümid edirəm ki, davam edən məhkəmə bizim xeyrimizə olacaq”. 

Putin, həmçinin qeyd edib ki, o və Rusiyadakı digər qarışıq döyüş sənəti azarkeşləri idmançının emosiyalarını başa düşə bilirlər. Dövlət başçısı provakasiya edilən kütləvi davaya görə Nurməhəmmədovun döyüşündən sonra çempionluq kəmərindən məhrum edilməyəcəyinə ümid etdiyini deyib:

“Biz ölkə daxilində böyük bir ailəyik. Nə baş verməsindən asılı olmayaraq, əlbəttə ifratdan qaçmaq lazımdır. Əgər kənardan kimsə bizə hücum edərsə, o zaman təbii ki, tək sən deyil, biz hamımız belə atıla bilərik. Lakin yaxşı olar ki, o həddə gətirib çıxarmayasan”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!