USD - 1.7 EUR - 1.923 RUB - 0.0257 TRY - 0.3219 DAHA ÇOX
SON DƏQİQƏ
Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub “Kərgədan buynuzu” tamaşası nümayiş olunub
AQTA “Sağlam məktəbli” maarifləndirici layihəsinə başlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” maarifləndirici layihəsinə başlayıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən ASAN Radioya bildirilib ki, layihə çərçivəsində oktyabrın 12-də Bakının Nəsimi rayonunda yerləşən 8 saylı orta məktəbin şagirdləri ilə görüş keçirilib.

Tədbirdə məktəblilərə agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub.

Daha sonra agentlik əməkdaşları tərəfindən təqdim olunan “16 oktyabr – Ümumdünya Qida Günü” ilə əlaqədar təqdimatlar və “Mən qidayam” adlı videoçarx şagirdlərə nümayiş etdirilib.

Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast Food qidaların ziyanları” mövzularında şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Cari ilin sonunadək layihənin Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.

Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio