USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın ilk orqanik şərabı - "Meysəri"nin təqdimatı olub

Dənizkənarı Milli Parkda yeni istifadəyə verilən "Milan Ekspo 2015" Azərbaycan pavilyonunda "Meysəri" şərablarının təqdimatı olub.

 

AZƏRTAC xəbər verir ki, Milanda beynəlxalq sərgidə Azərbaycanın təbiəti və mədəniyyətinin müxtəlifliyini tanıdan pavilyon Bakıda qurulduqdan sonra burada ilk dəfə olaraq ölkəmizin yeni milli məhsulunun təqdimatının keçirilməsində də bir rəmzilik var idi.

 

Üzümçülük və şərabçılıq sahəsində vaxtilə qazandığı şöhrəti yenidən özünə qaytarmaq yolunda olan Azərbaycanda həm də bu sahədə yeni texnologiyalar tətbiq edilir. Belə ki, "Meysəri" Azərbaycanın ilk orqanik bioşərabı kimi yerli və dünya bazarına daxil olur.

 

"Meysəri" şərablarının istehsal olunduğu "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksi avqustun 25-də açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksi bu sahənin keçmiş şöhrətini özünə qaytarmaq, şərabçılıq turizminin inkişafına töhfəsini verməklə yanaşı, xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub.

 

Kompleks ərazisində müxtəlif üzüm sortlarından ibarət üzüm bağı salınıb. 2019-cu ildə ümumi sahəsi 200 hektar olacaq üzüm bağının 40 faiz hissəsini ağ, 60 faiz hissəsini isə qırmızı üzüm sortları təşkil edəcək. "Şirvan şərabları" MMC "Meysəri" markası ilə – "Sədəf", "Mərcan" və "Məxməri" şərabları istehsal edir.

 

Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin Fransanın müvafiq laboratoriyalarında aparılan analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün imkanların olduğunu göstərir. Yerli şəraitə uyğun tinglərin seçilməsi, əkilməsi, aqrotexniki qulluğun göstərilməsi, üzümün toplanması və emalı mərhələlərində Fransanın üzümçülük sahəsində ixtisaslaşmış şirkətlərinin mütəxəssisləri ilə daim məsləhətləşmələr aparılır. Bütün bunlar bazarda asanlıqla rəqabət apara biləcək yüksək keyfiyyətli şərab məhsullarının istehsalını şərtləndirən amillərdəndir.

 

Qeyd edək ki, Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!