USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Badamdar şosesində baş verən sürüşmə ilə bağlı brifinq keçirilib

Hazırda sürüşmə baş verən ərazi 20-ci sahə ilə Badamdar istiqamətinə gedən yolun sol hissəsindədir. Ərazidə aktivlik oktyabr ayının birindən başlayıb. Həmin gündən nazirlikdə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında xüsusi qərargah yaradılıb. Mütəmadi olaraq hər gün müşahidələr aparılıb. Bu gün səhər saat səkkiz radələrində aktivlik gərgin vəziyyətə gəlib və sürüşmə baş verib. Sürüşmənin eni 300 metrdən artıq ərazidə üstündə istinad divarları ilə birlikdə yamacboyu asfalta doğru irəliləyib və yolda asfaltın bir hissəsi torpaq altında qalıb.

 

Ərazinin təsir dairəsinə təxminən 11 yaşayış binası və iki iaşə obyekt aiddir. Dünən müvafiq qurumlar tərəfindən sakinlərə xəbərdarlıq edilib. Kanalizasiya sisteminin işi tamamilə dayandırılıb, su, qaz, işığın verilməsinin yarada biləcəyi zərər barəsində müvafiq orqanlara bildirilib.

 

Hazırda aktivlik davam etməkdədir.

 

Bu sözləri Badamdar şosesində baş verən sürüşmə zonası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

 

Onun sözlərinə görə sürüşmə ilə bağlı xəritə hazırlanıb: “Sürüşmənin təsir dairəsi nə qədər evə zərər gəlməsi barədə məlumat hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişik. Adiyyəti qurumlar hadisə ilə bağlı tam məlumatlandırılıb. Hazırda ərazidə gərginlik var. Bu ərazidə 2012- ci ildə sürüşmə müşahidə olunurdu. 2013-cü ildə istinad divarları tikilib. Amma o vaxtdan sürüşmə hadisəsi qeydə alınmayıb. Bu ayın əvvəlindən ərazidə gərginlik yenidən başladı və bu gün də proses davam edir.

 

Mütəmadi olaraq hər gün müşahidələr aparılır”.

 

Əziz Qaralovun sözlərinə görə, hazırkı sürüşmə bu gün baş verən proses deyil: “Bu ərazinin konturları bizim tərəfimizdən tərtib olunub. Abşeron yarımadasında sürüşməyə meyilli ərazilərin atlası var ki, orada bu konturlar qeyd edilib. Bu gün baş verən proses adıgedən konturların daxilindədir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!