USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Boksçularımız III Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıblar

Argentinanın paytaxtı Buenos Ayresədə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsinə start verilib.

Trend-in məlumatına görə, bu növ üzrə ilk yarış günündə Azərbaycan yığmasının hər 2 idmançısı rinqə çıxıb.

Belə ki, yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov ilk döyüşünü kanadalı Spenser Volcoksa qarşı keçirib. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz gərgin keçən qarşılaşmada qələbə qazanıb – 3:2 (27:30, 29:28, 28:29, 30:27, 29:28).

Bu qələbə Səfərovu yarımfinala yüksəldib. Təmsilçimiz 1/2 finalda Atiçay Foemsap (Tailand) – Spenser Volcoks (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.

69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənovun da Olimpiadada debütü uğurlu alınıb. Avropa çempionatının gümüş medalçısı Amerika Samoasını təmsil edən Falaniko Tautaya tam üstünlüklə qalib gəlib və yarımfinalda iştirak hüququ qazanıb.

Boksçumuz finala gedən yolda Yassin Elouarz (Mərakeş) – Falaniko Tauta (Amerika Samoası) duelinin güclüsünü gözləyir.

Yığma üzvlərinin rəqibləri bu gün bilinəcək. Səfərovla Həsənov isə yarımfinal döyüşünə oktyabrın 16-da çıxacaqlar.

Qeyd edək ki, Oyunlarda boks yarışları 4 gün davam edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!