Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ay Göyçay, Tərtər, Yevlax, Kürdəmir, Samux rayonlarında və Mingəçevir şəhərində əmək yarmarkaları keçirilib.
Nazirlikdən ASAN Radioya verilən məlumata görə, yarmarkalarda 173 müəssisə üzrə 1000-ə yaxın vakant iş yeri təqdim edilib, 312 nəfər işaxtaran və işsiz vətəndaşa peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndəriş verilib. Peşə bacarığına uyğun iş tapmadığı üçün peşəsini dəyişmək istəyən 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.
Eyni zamanda, bu ay Dövlət Məşğulluq Xidməti paytaxtın Səbail rayonunun “20-ci sahə”, Suraxanı rayonunun Əmircan və Qaradağ rayonunun Müşfiqabad qəsəbələrində səyyar əmək birjaları təşkil edib. Dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı barədə ətraflı məlumatlar verilib, 70 müəssisə üzrə 355 vakansiya təklif edilib. 40 nəfər vətəndaşa vakant iş yerlərinə göndəriş verilib, 15 nəfərin peşə hazırlığı kurslarına, potensialları nəzərə alınmaqla 30 nəfərin özünüməşğulluq proqramına cəlb olunması üçün qeydiyyatı aparılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!