USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək

Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək. Artıq bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi və Aİ üzvü olmayan digər bir sıra ölkələrlə bu barədə razılıq əldə olunub.

Bunu ASAN Radioya Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərov bildirib ki, “ASAN viza” 2016-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb:

“İlkin dövrdə konsepsiya ondan ibarət idi ki, sadəcə xarici turistlər elektron portal üzərindən viza üçün müraciət edirlər və 3 iş günü ərzində onlara viza təqdim olunur. Daha sonra bu müddət 3 saata endirildi. 2018-ci ilin may ayının 15-dən etibarən isə artıq Azərbaycanın beynəlxalq hava limanlarında da viza terminalları vasitəsilə viza əldə etmək olar və 3 gün, 3 saat yox, 2 dəqiqədən aşağı bir müddətdə 15 ölkənin vətəndaşlarına viza verilir. Biz bu konsepsiyanı daha da inkişaf etdirirk və Azərbaycan vətəndaşlarının da xarici ölkələrə viza almaq prosesini asanlaşdırmaq istiqamətində iş aparırıq”.

Mərkəz direktoru bildirib ki, bu gün Azərbaycan vətəndaşları xarici ölkələrə viza almaq üçün səfirliklərə getməlidirlər, pasportlarını və digər sənədləri təqdim etməlidirlər:

“Bu proses uzun çəkir. Biz düşünürük ki, artıq dünyada unikal olan yeni bir modelə keçək. Artıq vətəndaşlarımız elektron hökumət portalına daxil olsun və sadəcə getmək istədikləri ölkənin adını seçsinlər və bununla da onların işi tamamlansın və bundan sonra elektron hökumət portalının işi başlasın, lazım olan məlumatları elektron hökumət infrastrukturu üzərindən “Elektron Hökumətin İnkişafı Mərkəzi” səfirliklərə təqdim edəcək”.

Mərkəzin rəhbəri qeyd edib ki, bunun həyata keçirilməsi üçün bir neçə formatlar üzərində iş aparılır:

“Bu, ya birbaşa konsulluqlara, ya vasitəçi şirkətlərə inteqrasiya olunma modeli ola bilər. Bununla bağlı biz əksər səfirliklərlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Fərqli formatlar üzərində fikirləşirik ki, həm Azərbaycanın, həm qarşı tərəfin qanunvericiliyinə tam uyğun olsun. Artıq bir neçə Aİ ölkəsi və Aİ üzvü olmayan digər bir sıra ölkələrlə bu barədə razılıq əldə olunub və bu modelin tətbiq olunması istiqamətində iş aparılır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!