USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ASAN Radionun çəkiliş qrupu Riqada!

18 noyabr - Latviyanın müstəqillik günüdür. Bu səbəblə ASAN Radionun çəkiliş qrupu Riqaya ezam olunub. Həmkarımız Emin Musavi xəbər verir ki, Azərbaycan Latviyadan məsafəcə uzaq olsa da, iki ölkə arasında oxşarlıqlar və paralellər var:

"Məsələn, bu il həm Azərbaycanda, həm də Latviyada dövlət müstəqilliyinin 100 illiyi qeyd olunur. Latviyada da bu il ərzində müxtəlif silsilə tədbirlər keçirilir. Oxşarlıqlar digər tarixi hadisələrlə də bağlıdır. Təəssüflər olsun ki, hətta faciəvi günlər, tarix də üst-üstə düşür. Latviyada da "qanlı yanvar" hadisələri olub, amma 1991-ci ildə. Latviyanın da tarixinə yanvarın 19-dan 20-ə keçən faciəvi səhifələr yazılıb."

Emin Musavi müşahidələrinə əsasən qeyd edir ki, Latviya sakit Avropa ölkəsidir, əhalinin sayı 2 milyona yaxındır. 

Qeyd edək ki, həmkarımız Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovdan eksklüziv müsahibə alıb. Növbəti həftə həmin müsahibəni və Riqadan hazırlanmış digər maraqlı audio-videoreportajları 100 FM-də dinləyə, rəsmi səhifəmizdə izləyə biləcəksiniz. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!