USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
2019 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin QİYMƏTİ açıqlandı

2019-cu ildə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti açıqlanıb.

ASAN Radionun məlumatına görə, ilkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 manat təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 manat aralığındadır.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bildirib ki, Formula 1 turnirini izləmək üçün ötən yarışda Azərbaycana 78 ölkədən qonaqlar gəlib:

“Azərbaycanda F1 yarışları həmişə olduğu kimi, çox böyük coşqu və uğurla keçir. Ötən yarışı izləyənlərin 35 faizi xarici, 65 faizi isə yerli sakin olub. Qarşıdakı yarışda isə xarici azarkeşlərin sayında artıma nail olmaq niyyətindəyik. Bu göstəricini 40-45 faizə çatdırmaq istəyirik”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!