17/11/2018 12:44

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9267 0.0258 0.3163


Rəsmi

Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb


17.10.2018   18:22


Prezident İlham Əliyev oktyabrın 17-də “Şəki rayonunun Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

ASAN Radio xəbər verir ki, on bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,08 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.




Xəbər lenti

17 Noyabr
16 Noyabr











ASAN Radio telefonunuzda
Facebook