USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Nursultan Nazarbayevin qızı Qazaxıstan Senatının sədri seçilib Azərbaycanın Müdafiə naziri Pakistana rəsmi səfər edəcək Nazarbayevin yerinə Tokayev keçdi Sabahın havası açıqlandı Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Səfir Kestutis Yankauskas Azərbaycan xalqını təbrik edib - Eksklüziv

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı səfir Kestutis Yankauskas ASAN Radioya eksklüziv müsahibəsində azərbaycanlılara Müstəqillik Günü münasibəti ilə təbriklərini çatdırıb:

"Müstəqillik Günü münasibəti ilə bütün azərbaycanlıları təbrik edirəm!

Bu il Azərbaycan üçün xüsusi bir ildir. May ayında siz, ilk dəfə Respublika qurduğunuzun 100 illiyini qeyd etdiniz. Avropa İttifaqınin bəzi üzv dövlətləri də oxşar ildönümünü ötən il və bu il qeyd ediblər. Bu 100 illik tarixlə böyük fəxr hissi duyuruq. Lakin müstəqilliklərimizin bərpa olunması tairixini yaxşı xatırlayırıq və bir çoxlarımız bu tarixin bir hissəsi olmuşuq. 

Tarix gələcəyə addımlamaq üçün əsasdır. Avropa İttifaqı və Azərbaycan bu gün tərəfdaşdırlar. Hər ikimiz münasibətlərimizi  daha da yaxşılaşdırmaq və xalqlarımızı daha da yaxınlaşdırmaq üçün çalışırıq. Sülhməramlı və rifahlı gələcək naminə birgə işləyirik. Müstəqillik asan qazanılmamışdır. Azadlığın nəyin bahasına əldə edildiyini xatırlamalıyıq. Mən, bütün azərbaycanlıları ölkələrinin gələcəyini qurarkən  güclərini tarixlərinin ən şanlı səhifələrindən almağa çağırıram. Bir daha müstəqillik gününüz mübarək olsun!

MÜSTƏQİLLİK GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!" - Son təbrikini səfir Azərbaycan dilində edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio