USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qətərin “Əl-Şərq” və “Raya” qəzetlərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı məqalələr dərc olunub

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ölkəmizin Qətər Dövlətindəki səfirliyinin təşəbbüsü ilə Qətərin ərəbdilli “Əl-Şərq” və “Raya” qəzetlərində məqalələr dərc edilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Məqalələrdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun mətbuat açıqlamasına istinad edilərək 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu xatırlanıb və yeni dövlətin 1918-1920-ci illərdə fəaliyyət göstərmiş, müsəlman Şərqinin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunduğu qeyd edilib. Yetmiş ildən sonra müstəqilliyini bərpa edən Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyata malik dövlətlərindən olduğu vurğulanıb.

Yazılarda Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərinə də geniş yer verilib. Dövlət başçılarının qarşılıqlı səfərlərinin və iki ölkə arasında imzalanmış 31 sənədin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilərək, ölkələrarası ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Bundan başqa, ölkəmizdəki mövcud əlverişli investisiya mühiti və turizm imkanlarından danışılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!