USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
AÇ-2020-nin maskotu təqdim olundu Apreldən müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq Sabah hava necə olacaq? Türkmənistan qazı Avropaya Azərbaycandan ixrac ediləcək - Tramp dəstəkləyib
Zakir Həsənov “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirliklərinin, Silahlı Qüvvələrin Baş Qərargahının, NATO qərargahının, Avropa Müdafiə Agentliyinin və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, bu tədbir milli və qlobal təhlükəsizlik hədəflərinin təqdimi və təşviqi, eyni zamanda, müdafiə və təhlükəsizlik sahələri üzrə məlumat mübadiləsi məqsədilə keçirilən beynəlxalq səviyyədə tanınmış nüfuzlu bir platformadır.

Sərgidə 60-dan çox ölkənin 1200-dək şirkəti iştirak edir. Azərbaycan nümayəndə heyəti həmin sərgiyə qatılan xarici ölkələrin müdafiə şirkətlərinin istehsal etdiyi məhsullarla tanış olaraq onların təyinatları barədə ətraflı məlumat alıb.

Səfər çərçivəsində müdafiə naziri Z.Həsənov bir sıra müdafiə şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio