USD - 1.7 EUR - 1.935 RUB - 0.0256 TRY - 0.3174 DAHA ÇOX
SON DƏQİQƏ
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər 20 Yanvar günü bu yollar bağlı olacaq  Prezidentin fərmanı ilə bağlı "ASAN xidmət"də  İşçi Qrup yaradılıb Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək
Səfər Mehdiyev: İnşa olunacaq yeni gömrük-sərhəd buraxılış məntəqəsi “İpək yolu”nun imkanlarını daha da genişləndirəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze ilə görüşüb.

DGK-dən Trend-ə verilən məlumata görə, S.Mehdiyev qonağı səmimi salamlayaraq Azərbaycanla Gürcüstan arasındakı tarixi qonşuluq və dostluq münasibətlərindən bəhs edib, bu münasibətlərin iki ölkənin rəhbərləri tərəfindən strateji tərəfdaşlıq müstəvisində uğurla davam etdirildiyini vurğulayıb.

Gömrük sahəsində əlaqələrdən də məmnunluqla bəhs edən Komitə sədri, işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib.

S.Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində aparılan modernləşdirmə layihələri barədə məlumat verib. Qeyd edilib ki, məqsəd elektron xidmətlərin sayının və səviyyəsinin artırılması, “yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin genişləndirilməsi və şəffaflığın tam təmin olunması hesabına beynəlxalq ticarətin asan və sürətli həyata keçirilməsini təmin etməkdir. Bu isə Azərbaycanla yanaşı, Gürcüstanın da həm siyasi, həm də iqtisadi mövqeyinin və gücünün artmasına münbit şərait yaradır.

O da bildirilib ki, Avropa İttifaqının dəstəyi ilə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində görülən işlər, burada fəaliyyət göstərən Ticarətin Asanlaşdırılması Mərkəzi sərhədkeçmə prosesinin asanlaşmasına və təhlükəsiz şəkildə reallaşmasına imkan verəcək. Komitə sədri gələcəkdə iki ölkənin sərhədində inşa olunacaq və tarixi “İpək yolu”nun imkanlarını daha da genişləndirəcək yeni gömrük-sərhəd buraxılış məntəqəsindən, burada hər iki ölkənin uyğun qurumlarının birgə nəzarət mexanizmindən də danışıb, yeni layihənin həm regionda, həm də beynəlxalq sferada ilklərdən olacağını məmnunluqla dilə gətirib.

Gürcüstan səfiri Z.Pataradze səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi münasibətlərin daim yüksələn xəttlə inkişaf etdiyini, iki ölkənin gömrük orqanları arasında işgüzar və səmərəli dialoqun da bu əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.

Səfir iki ölkə arasında turizm sahəsində yeni layihələrin tətbiqinin vacibliyinə toxunub və bu istiqamətdə görüləcək işlər və atılacaq addımlar barədə məlumat verib. Azərbaycanın bütün sahələrdə daim Gürcüstanı dəstəklədiyi vurğulanıb və əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio