Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun Belqrad meşəliyində səudiyyə ərəbistanılı müxalif jurnalist, “Vaşinqton post” qəzetinin itkin düşən əməkdaşı Camal Qaşıqçının meyitinin axtarışlarını həyata keçiriblər.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, təhlükəsizlik kameraları jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdiyi və orada itkin düşdüyü gün konsulluqdan çıxan avtomobillərin həmin istiqamətdə hərəkət etdiklərini qeydə alıb.
Meşəyə gələn kriminalistlər bütün kamera qeydlərini toplayaraq, axtarış aparıb. Bu qeydlər tam araşdırıldıqdan sonra polisin müəyyən bir ehtimal üzərində dayanacağı gözlənilir.
Eyni zamanda, İstanbul şəhər Prokurorluğu C.Qaşıqçının itkin düşməsi ilə bağlı açıqlama yayıb. Bildirilib ki, istintaq beynəlxalq hüquq və müqavilələrə əməl etməklə bütün istiqamətlərdə davam edir: "Növbəti mərhələlərdə ehtiyac yaranacağı halda, istintaq prosesi haqqında ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!