18/11/2018 01:53

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9267 0.0258 0.3163


Dövlət qurumları

Nazir: "Bütün şikayətlərin ətraflı araşdırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verilib"


18.10.2018   18:44


"Şəhid ailələrinə veriləcək 11 000 manat birdəfəlik ödəmə ilə bağlı heç bir problem yoxdur".

ASAN Radio "Report"a istinadən xəbər verir ki, bunu Cocuq Mərcanlıda jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə notarial qaydada sənədləşmə prosesi aparılır: "Vətəndaşların 85 faizi öz hüquqlarını təsdiq ediblər. Bu proses başa çatdıqdan sonra vəsaitlər birbaşa vətəndaşların bank və kart hesablarına köçürüləcək. Artıq Naxçıvanda bu prosesə başlanılıb. İlk sənədlər daxil olub. İlin sonuna kimi şəhid ailələrinin 50 faizinə yaxınına ödəniş ediləcək. Növbəti ilin ilk aylarına qədər bu proses tam başa çatacaq".

Nazir bildirib ki, əsas sığorta ödənişləri ilə bağlı şikayətlər var: "Bununla bağlı Dövlət Sığorta Şirkətinə məlumat göndərilib və bu barədə vətəndaşlara həm şifahi, həm də yazılı məlumat verilib. Daxil olan bütün şikayətlərin ətraflı araşdırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verilib".




Xəbər lenti

17 Noyabr
16 Noyabr











ASAN Radio telefonunuzda
Facebook