18/11/2018 02:09

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9267 0.0258 0.3163


Dövlət xidmətləri

Nazir: "ASAN xidmət” mərkəzləri vasitəsilə 189 hüquqi şəxsə icazə verilib


19.10.2018   10:11


Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti dövründə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı "ASAN kommunal” və "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən texniki şuralara sahibkarlar tərəfindən 724 müraciət daxil olub. ASAN Radio xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, 1 fevral 2018-ci il tarixindən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin "ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin asanlaşdırılmasını təmin edib. 2018-ci ilin 9 ayı ərzində Energetika Nazirliyi tərəfindən 235 hüquqi şəxsə icazə verilib. Bu icazələrin 189-u "ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilib. 




Xəbər lenti

17 Noyabr
16 Noyabr











ASAN Radio telefonunuzda
Facebook