USD - 1.7 EUR - 1.935 RUB - 0.0256 TRY - 0.3174 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib “ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər 20 Yanvar günü bu yollar bağlı olacaq 
STAR Neft Emalı Zavodunun bu gün açılışı gözlənilir

İzmirin Əliağa yarımadasında nəhəng layihə - SOCAR Türkiyə şirkəti tərəfindən inşa edilən STAR Neft Emalı Zavodunun bu gün açılışı gözlənilir.

ASAN Radio "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyə prezidentləri iştirak edəcək. Türkiyə prezidentinin mətbuat mərkəzinin açıqlamasında qeyd olunub ki, STAR-ın açılışına Azərbaycan hökumətinin üzvləri, əlaqədar qurumların təmsilçiləri, müxtəlif enerji şirkətlərinin nümayəndələri qatılacaqlar.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azerbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü də gözlənilir. 

"STAR" NEZ Avropa, Orta Şərq ve Şimali Afrika bölgəsində son illərdə reallaşan ən böyük neft əməliyyatları arasında yer alır. Layihə Türkiyə üçün strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən STAR zavodunda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio