USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İrana məxsus gəminin xilas edilmiş üzvləri Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib

Oktyabrın 18-da saat 21:20 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz kömək göstərilməsi üçün müraciət edilməsi barədə Dövlət Dəniz Agentliyindən Dövlət Sərhəd Xidmətinin (DSX) sahil mühafizəsinə məlumat daxil olub.

DSX-nin mətbuat mərkəzindən ASAN Radioya bildiriblər ki, daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılıb və İran İslam Respublikası gəmisi olan koordinatlara istiqamətləndirilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisi-nə yan alıb və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İran vətəndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götürərək sürətlə sahilə doğru hərəkət edib. İran vətəndaşları “Nazmehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmamasını bildirib.

Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ASAN Radioya qeyd edib ki, gəmidə 3 nəfər ölmüş vəziyyətdə olub. Gəmi kapitanı xəstəxanaya getməkdən imtina edib, yerindəcə müayinə olunur. Onun gəmini tərk etmə ixtiyarı yoxdur. Digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, hazırda KTM-in Toksikologiya şöbəsində müalicə olunurlar, vəziyyətləri orta ağır qiymətləndirilir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!