18/11/2018 02:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9267 0.0258 0.3163


ASAN xəbər

BMT-nin Əhali Fondundan Azərbaycandan kişilərin sayı ilə bağlı xəbərdarlıq


19.10.2018   12:13


"Uşaqların cinsə görə seçilməsi problemi bizi çox narahat edir".

 

"Report" xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

 

Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu problem artıq Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü biruzə verir.

 

Baş müşavir bildirib ki, tədqiqatlar ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemində valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar etdiyini göstərir: "Bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər".

 

F.Babayev əlavə edib ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

 

Mövcud problemin onları narahat etdiyini vurğulayan qurum rəsmisi deyib ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir: "Adıçəkilən layihənin qəbulu ilə Azərbaycanı “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq".




Xəbər lenti

17 Noyabr
16 Noyabr











ASAN Radio telefonunuzda
Facebook