17/11/2018 13:44

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9267 0.0258 0.3163


Dövlət qurumları

Səhiyyə Nazirliyi: İran gəmisində zəhərlənərək gətirilən 5 nəfər xəstəxanadan buraxılıb


19.10.2018   15:39


Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənərək xəstəxanaya gətirilən 5 nəfər artıq buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında bildirib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 2 nəfərin müalicəsi davam edir və onların vəziyyətləri orta-ağırdır. 

O əlavə edib ki, ölən şəxslərin meyitləri ekspertiza olunması üçün morqdadır. 

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub. 




Xəbər lenti

17 Noyabr
16 Noyabr











ASAN Radio telefonunuzda
Facebook