Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib.
ASAN Radio xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 19-da “Azərbaycanın bir qrup energetikinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə üç nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.
Ölkə başçısının “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” imzaladığı Sərəncama əsasən Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə 21 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı digər Sərəncama əsasən Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə bir nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!