"Hazırda İtaliyada Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı işlərdən razıyıq".
"Report" xəbər ki, bunu jurnalistlərə energetika naziri Pərviz Şahbazov deyib.
O, layihənin icrası zamanı bəzi yubanmaların olduğunu da qeyd edib: "Sözsüz ki, müəyyən texniki məsələlər var, kiçik, nəzərə çarpmayan gecikmələr olub. Bu, texniki məsələlərdən asılı olan proseslərdir. Biz görürük ki, layihə İtaliyanın özü üçün çox lazımlı layihədir. Bu, İtaliyanın həm qaz təminatına şaxələnmə gətirir, həm yeni mənbədən qaz və ölkə bazarında qaz qiymətlərinin normal tənzimlənməsinə xidmət edir, həm də İtaliyanın siyasətinə müsbət təsir edir. Həmçinin layihə İtaliya şirkətlərini işə cəlb edir və yeni iş yerləri açır. Biz düşünmürük ki, hansısa ölkə belə bir layihəyə qarşı çıxış edə bilər".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!