17/11/2018 13:40

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9267 0.0258 0.3163


ASAN xəbər

Azərbaycanda məşhur italyan pendirinin istehsalı planlaşdırılır


20.10.2018   16:25


Azərbaycanın Ucar rayonunda İtaliyanın məşhur mozzarella pendirinin istehsalı planlaşdırılır. Bunu Trend-ə Ucar rayon İcra başçısının müavini Vaqif Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəssisədə hazırlıq işləri aparılır, avadanlıqlar quraşdırılır.

V.Mehdiyev bildirib ki, müəssisə əsasən daxili tələbatın ödənilməsinə yönəlib, lakin gələcəkdə əlavə həcmlər istehsal edilərsə, xaricə ixrac ediləcək.

Qeyd edək ki, İtaliyanın mozzarella pendirinin istehsalı üzrə müəssisə aqroparkda fəaliyyət göstərəcək. Müəssisədə gündə iki tona yaxın südün emal edilməsi planlaşdırılır.




Xəbər lenti

17 Noyabr
16 Noyabr











ASAN Radio telefonunuzda
Facebook