USD - 1.7 EUR - 1.935 RUB - 0.0256 TRY - 0.3174 DAHA ÇOX
SON DƏQİQƏ
Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər 20 Yanvar günü bu yollar bağlı olacaq  Prezidentin fərmanı ilə bağlı "ASAN xidmət"də  İşçi Qrup yaradılıb Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək Sabah hava mülayim və yağmursuz keçəcək
Səyyar ASAN xidmət davam edir  

Səyyar “ASAN xidmət” oktyabrın 6–dan noyabrın 3-dək Tovuzda, oktyabrın 5–dən noyabrın 3-dək Xudatda, oktyabrın 8–dən noyabrın 6-dək Şəkidə, oktyabrın 18-dən noyabrın 6-dək Ağsuda, oktyabrın 19-dan noyabrın 2-dək Tovuz rayonunun Qovlar şəhərində, oktyabrın 22-dən noyabrın 10-dək paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsində, oktyabrın 24-dən noyabrın 22-dək Biləsuvarda, oktyabrın 24-dən noyabrın 7-dək Yevlax rayonunun Xaldan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ASAN Radioya bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

 

Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

 

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio