17/11/2018 12:48

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9267 0.0258 0.3163


ASAN xəbər

Azərbaycanda yeni peşə təhsili mərkəzləri yaradılır


22.10.2018   16:31


10 yeni peşə təhsil mərkəzinin yaradılması barədə Nazirlər Kabinetinə təkliflər hazırlanıb.

Azvision.az xəbər verir ki, bunu Mingəçevir Asan Peşə Təhsili Mərkəzində media nümayəndələrinin suallarını cavablandıran Dövlət Peşə Agentliyinin direktor əvəzi Amil Əlili deyib.

O, bildirib ki, ilkin rasionallaşdırma nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb: "Bu gün ölkədə mövcud olan peşə ixtisası təhsili müəssisələrinin çoxunda məcburi köçkün və qaçqınlar məskunlaşıb. Bu da onların infrastrukturunun, yəni tələblərə uyğun quraşdırılmasını çətinləşdirir. Hazırda 10 minə yaxın məcburi köçkün soydaşımız peşə təhsili müəssisələrində, o cümlədən pilot peşə təhsili mərkəzlərinin 5-də məskunlaşıb. Məcburi köçkünlər çıxarıldıqdan sonra həmin müəssisələrin yenidən qurulması nəzərdə tutulub".

A.Əlili son illərdə peşə ixtisaslarına marağın artdığını bildirib. "Əvvəlki illərdə orta attestat balı aşağı olanlar müraciət edirdisə, hazırda orta məktəbləri 4 və 5 qiymətləri ilə bitirənlər də müraciət edir. Belə tələbələrin sayı 3 dəfədən çox artıb. Belə ki, 2016- 2017-ci ildə belə məzunların sayı 10-a yaxın idisə, 2018- 2019- cu ildə belə tələbələrin sayı 70-dən çoxdur. Lakin peşə təhsilinə maraq hələ də azdır. Belə ki, peşə təhsilinə müraciət edənlər 11 faiz təşkil edir. Beynəlxalq təcrübədə isə bu minimum 40 faizdir".

A.Əlili bildirib ki, son 2 ildə 170-dən çox ixtisas üzrə kadr hazırlığı həyata keçirilib: "Son 2 ildə turizm üzrə hazırlanan 160 nəfərdən 90 nəfəri 4 və 5 ulduzlu otellərdə işlə təmin olunub. Peşə ixtisası ilə bağlı qəbul işə götürənlərin sifarişləri əsasında formalaşır və ona əsasən bilirik ki, hansı kadrlara ehtiyac var. Əsas 4 prioritet istiqamət üzrə-sənaye, kənd təsərrüfatı, İT ixtisası, turizm üzrə kadr hazırlığına üstünlük verilir. Qəbul planı hazırlanarkən əmək bazarının sorğuları əsasında hansı kadrlara ehtiyac olduğu müəyyən edilir və bu istiqamətlər üzrə kadrlar hazırlanır. Hazırda peşə təhsilinin 23 minə qədər tələbə kontingenti var".




Xəbər lenti

17 Noyabr
16 Noyabr











ASAN Radio telefonunuzda
Facebook