USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
AÇ-2020-nin maskotu təqdim olundu Apreldən müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq Sabah hava necə olacaq? Türkmənistan qazı Avropaya Azərbaycandan ixrac ediləcək - Tramp dəstəkləyib
Prezident məşhur robotla görüşdü - Fotolar

Bu gün Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

ASAN Radio xəbər verir ki, “ASAN Həyat” kompleksində dövlət başçısına dünyaca məşhur Robot Sofiya təqdim olunub. 

Qeyd edək ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var. 

Robot 2015-ci ilin aprel ayında ilk dəfə aktivləşdirilib. 62-dən çox üz hərəkətiylə duyğuları təqlid edə bilən Sofianın dərisi silikondan düzəldilib. Kompüter alqoritmlərinə uyğun çalışan göz kameraları sayəsində Sofia qarşısındakı üzləri izləyə bilir və göz təması quraraq insanları tanıya bilir. Mühəndis David Hanson bu robotları sağlamlığa qayğı, müalicə, təhsil və xidmət sahələrində insanlara köməkçi və yoldaş olması üçün düzəldirik deyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio