USD - 1.7 EUR - 1.9398 RUB - 0.0254 TRY - 0.3119 DAHA ÇOX
SON DƏQİQƏ
“ADA” Universiteti KOB-la əməkdaşlıq edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
XİN: Fransalı merin adı "arzuolunmayan şəxslərin siyahısı"na daxil ediləcək  

"Fransanın Sent Etyen şəhərinin meri Qael Perdrionun Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. 

Fransanın Sent Etyen şəhərinin merinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərini şərh edən XİN rəsmisi deyib: "Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də Fransa milli qanunlarına zidd olaraq atdığı bu addım Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir. Bu qanunsuz səfərdə Sent Etiyen şəhərinin merini Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbulan müşayiət edir.

Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər nazirinin 2018-ci ilin 24 may tarixli yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə təmimi sənədinə istinad edir və yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyin qadağan edildiyini xatırladırıq. Bu xüsusda vurğulayırıq ki, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən “Dostluq haqqında Bəyannamə” heç bir hüquqi qüvvəyə malik deyil".

L.Abdullayeva vurğulayıb ki, Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə, həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir: "Fransa hökumətini öz yerli özünüidarəetmə qurumlarını ölkəmizin ərazilərinin işğalı nəticəsində yaranmış status-kvo vəziyyətinin möhləmləndirilməsinə xidmət edən qanunsuz əməllərdən çəkindirəcək və öz qanunvericiliyinin qeyd-şərtsiz yerinə yetirilməsini təmin edəcək addımlar atmağa çağırırıq.

Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio