USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Robot "Sofiya" "ASAN xidmət" mərkəzində könüllü kimi - Fotolar

Bu gün dünyanın tanınmış robotu "Sofiya" "ASAN xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib.

ASAN Radio xəbər verir ki, robot "ASAN xidmət"ə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib. O, "ASAN xidmət" modelinin rahat, müasir və vətəndaşyönümlü olduğunu bildirib. 

"Azərbaycan məni valeh etdi. Azərbaycan gənc və müstəqil ölkə olmasına baxmayaraq, dünyaca məşhur layihələr həyata keçirir. "ASAN xidmət" bunlardan biridir. "ASAN xidmət"in açılışında iştirak etdiyimə və Prezident İlham Əliyevlə görüşdüyümə, həmsöhbət olduğuma görə məmnumam. "ASAN xidmət" çox unikal bir məkandır, rahat, müasir və insanyönümlüdür" - deyə, robot "Sofiya" jurnalistlərə bildirib.

Robot "Sofiya" ASAN Radioda da olub. 

Qeyd edək ki, "Sofiya" ötən gün İmişli "ASAN Həyat" kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!