USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Vorskla" "Qarabağ"la oyun üçün Bakıya 22 futbolçu gətirib 

Ukraynanın “Vorskla” komandasının UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la səfər oyunu üçün Bakıya gətirdiyi heyət açıqlanıb.

 

“Report” xəbər verir ki, baş məşqçi Vasili Saçko siyahıya ümumilikdə 22 futbolçu - 2 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edib.

 

Heyətdə zədələrini sağaltmaqla məşğul olan Geqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin yer almayıb. Həmçinin, İbrahim Kane və Dmitri Kravçenko səfərə götürülməyib. Əvəzində, Taras Sakiv daha əvvəl açıqlanan heyətə əlavə olunub.

 

Qapıçılar: 1. Boqdan Şust, 21. Aleksandr Tkaçenko

 

Müdafiəçilər: 33. Aleksandr Çijov, 44. Ardin Dalku (Kosovo), 25. Yevgeni Martınenko, 3. Andro Giorqadze (Gürcüstan), 17. Volodimir Çesnakov, 23. Vadim Sapay, 4. İqor Perduta, 66. Artur Serjio Batista de Souza (Braziliya), 40. Taras Sakiv

 

Yarımmüdafiəçilər: 6. Aleksandr Sklyar, 11. Vyaçeslav Şarpar, 8. Artyom Qabelok, 5. Najip Yakubu (Qana), Pavlo Rebyonok, 13. Maryan Mısık, 19. Volodimir Odaryuk

 

Hücumçular: 10. Vladislav Kulaç, 26. Yuri Kolomoyets, 9. Mixail Sergeyçuk, 14. Nikolas Mores da Kruz (Braziliya)

 

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək oyun saat 20:55-də başlayacaq. "Vorskla" Bakıya bu gün səhər saatlarında çarter reysi ilə yola düşüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!