Sabah bizi vacib bir oyun gözləyir. Hər iki komandanın turnir cədvəlində vəziyyəti yaxşı deyil. Bu görüş haqqında çox da danışmağa ehtiyac yoxdur. Komandamız bu oyun ciddi hazırlaşıb. Düşünürəm ki, sabah hamınızı mübarizəli oyun gözləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukrayna təmsilçisi "Vorskla"nə qəbul edəcək “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də təşkil olunan mətbuat konfransında deyib.
Qırx altı yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasındaki texniki məğlubiyyətdən də danışıb: “Hər şey qaydasındadır. Azərbaycan Premyer Liqası ilə Avropa Liqası fərqli turnirlərdir. Hər komandada səhvlər olur. Onu aradan qaldırmaq üçün nə lazımdırsa, edirik”.
“Vorskla” məhsuldar komandadır. Bu komanda barəsində çoxlu məlumatımız var. Müdafiədə diqqətli olmalı, eyni zamanda hücuma da çıxmağı bacarmalıyıq. Azarkeşlər hər zaman bizimlə olublar. Onların yenə də öz yerlərini alacaqlarına inanıram”, - deyə Q.Qurbanov əlavə edib.
“Qarabağ”-“Vorskla” oyunu oktyabrın 25-də Bakı Olimpiya Stadionunda saat 20:55-də start götürəcək.
Qeyd edək ki, “Qarabağ” ilk turda səfərdə “Sportinq”ə 0:2, növbəti görüşdə Bakı Olimpiya Stadionunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!