USD - 1.7 EUR - 1.935 RUB - 0.0256 TRY - 0.3174 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib “ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər 20 Yanvar günü bu yollar bağlı olacaq 
Bakıda 30-a yaxın ağac aşdı - BŞİH gücləndirilmiş iş rejiminə keçdi

Bakıda 30-a yaxın ağac aşaraq fəsadlar törədib.

Bunu özlə olaraq Trend-ə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, hadisə baş verən yerlərə işçi qüvvəsi cəlb olunub:

“Ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın budaqlarının sınması və aşması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar oradan götürülüb”.

Şöbə rəisi qeyd edib ki, qurum ötən gecədən etibarən gücləndirilmiş iş rejiminə keçib:

“Bitkilərin mühafizəsi idarəsinin 30-a yaxın əməkdaşı gücləndirilmiş iş rejiminə keçib. Onlar ötən gecədən iş başındadırlar”.

Qeyd edək ki, aşan ağacların bir neçəsi yaxınlıqda park edilən avtomobillərə də ziyan vurub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio