USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənilər Bakıya gəlməyərək Olimpiya oyunlarından imtina etdilər

Boks üzrə Ermənistan yığmasının Bakıya gəlməyəcəyi dəqiqləşib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya təsnifat turnirində Ermənistan yığması iştirak etməyəcək. Bu ölkənin adı Beynalxalq boks Federasiyasının siyahısında yoxdur.

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək. Bu növdə sonuncu lisenziya yarışı "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Bu turnirdə yalnız kişi boksçular iştirak edəcək.

Artıq yarışda çıxış edəcək boksçularımızın adı məlumdur. Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) doğma rinqdə Olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Ancaq Rüfətin işi daha çətin olacaq. Çünki ən yüngül çəkidə yalnız finalçılar Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. 75 və 81 kq-da isə ilk "5-lik"də yer alanlar Rio-2016-da iştirak edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!