USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Diktor Rafiq Hüseynlisiz bir il - Fotolar

Gecdi daha...

İllər diktor Rafiq Hüseynlinin yolunu 71 yaşında kəsdi. Təkrarolunmaz səsi ilə tamaşaçıların sevimlisi, televiziyada çalışmaq istəyən gənclərin kumiri olan Rafiq Hüseynlinin vəfatından 1 il ötür. Amansız xəstəliyə qarşı mübarizədə məğlub olan diktordan geriyə səsləndirdiyi şeirlər, yaddaqalan çıxışlar oldu.

Çıx qatar yoluna...

"Mən o insanlara həmişə qibtəylə yanaşmışam ki, qurduğu ilk ailədə xoşbəxtliyini tapır, ömrünün sonunacan o insanla xoşbəxt olur. Amma elə insanlar da var ki, mənim kimi axtarışda olur. Sonunda öz axtardığını tapır", - deyən R.Hüseynlinin xoşbəxtliyi tapdığı - Səbinə Hüseynli də, vəfatının birinci ilində onun məzarı başında idi. O, yol yoldaşının ölümünü həyatındakı ən dəhşətli mənzərə hesab edir.

"Onu tamaşaçılara sevdirən tək görkəmi, səlis danışığı yox, həm də səmimiyyəti olub", – dostları belə deyir. Kədərli gözlərlə Rafiq Hüseynlinin məzarına baxıb, bəlkə də onunla bağlı xatirələri yada salan sənət dostları danışmaqda çətinlik çəkirdilər. Diktor Eldost Bayram mərhum haqqında danışarkən bildirdi ki, o diktorluq sənətinə şərəf gətirən şəxsiyyətlərdən idi. 

Rafiq Hüseynli nəinki diktor kimi fəaliyyət göstərirdi, ara-sıra mahnılar da ifa edirdi. Oxuduğu mahnıları bir diskə toplayan mərhum sənətkar bu nəğmələri tamaşaçıların onun ürəyinin səsini eşitmələri üçün ifa etdiyini deyirdi. İşıqçı kimi fəaliyyətə başlayıb diktorluq zirvəsinə yüksələn sənətkarı vəfatının birinci ilində hörmət və ehtiramla yad edirik. Biz bu gün tək deyildik, Rafiq Hüseynli sevənlər onun məzarı başında idi, başımız sağ olsun!

Müxbir: Nərgiz Vəlizadə

Fotoqraf: Arzu Aslanov

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!